Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı

  31 May 2020    Oxunub : 3093
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı
Azərbaycanda koronavirusla bağlı 31 may 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, bu gün koronavirusa görə 4384 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 298 min 648-ə çatıb.

Hazırda reanimasiyada olan xəstə sayı 85, süni tənəffüs cihazında olan xəstə sayı 16-dir.



Azərbaycanda hazırkı dövrədək 5494 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3428 nəfər müalicə olunaraq sağalıb, 63 nəfər vəfat edib, 2003 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 56 nəfərin vəziyyəti ağır, 65 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Azvision.az

Teqlər: Koronavirus   TƏBİB