İş yerində narkotik əkən mühafizəçi saxlanıldı - FOTO

İş yerində narkotik əkən mühafizəçi saxlanıldı -   FOTO
  01 İyun 2020    Oxunub:3002
Xaçmaz Rayon Polis Şöbəsinə rayon sakini, 27 yaşlı Mircavad Ağayevin rayon ərazisində çalışdığı daş karxanasının ərazisində narkotik maddələrin kultivasiyası ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Azvision.az -a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində M.Ağayev saxlanılıb və onun mühafizəçi kimi çalışdığı karxana ərazisinə keçirilən baxış zamanı oradan 41 ədəd xüsusi aqro-texniki qaydada qulluq edilərək yetişdirilmiş çətənə kolları aşkarlanaraq götürülüb.



Dindirilmə zamanı M.Ağayev çətənə kollarını şəxsi istifadəsi üçün əkib-becərdiyini etiraf edib. Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində araşdırmalar aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti