“Qavalı sevirik, amma kitaba nifrət edirik” - Aqil Abbas

 “Qavalı sevirik, amma kitaba nifrət edirik” -  Aqil Abbas
  01 İyun 2020    Oxunub:2591
“Azərbaycanda kitaba niyə bu qədər nifrət edirlər, başa düşə bilmirəm. Qavalı sevirik, amma kitaba nifrət edirik. Belə getsə, başa düşə də bilməyəcəm”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Aqil Abbas parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Deputat bildirib ki, Ağcabədidə kitbaxanalarda 105 nəfər çalışır: “Kənd kitabxanalarını ləğv etdilər. İndi də belə bir qərar gəlib ki, 35 nəfər ixtisar olunmalıdır. Prezident yeni iş yerləri açır, ancaq bunlar işçiləri ixtisar edirlər. Bu qədər büdcəmiz var, ancaq dövlətimiz onların aldığı 200 manat maaşa möhtac olub? Hazırda Mədəniyyət naziri yoxdur. Ancaq onu əvəz edən var. Maliyyə Nazirliyinə müraciət edirəm ki, kitabxanalarla işi olmasın. O qədər ixtisar olunası yer var ki”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Deputat   Aqil-Abbas  





Xəbər lenti