Ailəsi koronavirusa yoluxanlar qəbul imtahanına buraxılmayacaq
O bildirib ki, son 15 gündə ailə üzvlərində koronavirus aşkarlanan şəxslər buraxılış və qəbul imtahanlarında iştirak edə bilməyəcəklər:
“Şagird və valideynlər ailələrində koronavirus xəstəsinin olmadığı, imtahandan əvvəlki 15 gündə bu cür xəstələrlə təmasda olmadıqlarını açıq formada bəyan etməlidirlər. Xəstəliyi olan şəxslər qəbul imtahanına buraxılmayacaq.
Sentyabr ayında həm 9, həm də 11-ci sinfin şagirdləri üçün buraxılış imtahanı keçiriləcək. Həmçinin ailəsində koronavirus infeksiyası aşkarlanan şəxslərə də sentyabrda buraxılış imtahanı vermək üçün şans yaradılacaq. Əgər həmin şəxslər ali məktəbə qəbul olmaq istəyirlərsə, bu il onlar iştirak edə bilməyəcək. Çünki insan sağlamlığı hər şeydən vacibdir”.-deyə DİM rəsmi bildirib.
Aytən Zəhra
Azvision.az