“Ən çox təhqirə məruz qalanlardan biri mənəm” - Adil Əliyev

“Ən çox təhqirə məruz qalanlardan biri mənəm” -  Adil Əliyev
  01 İyun 2020    Oxunub:3172
“Son zamanlar ölkəmizin nüfuzlu insanlarına qarşı terrora, müharibə ilə bağlı çağırışlar edilir”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclis Sədrinin müavini Adil Əliyev parlamentin bu gün keçirilən iclasında deyib.

Vitse-spiker bildirib ki, ən çox təhqirə məruz qalan şəxslərdən bir məhz odur: “Hesab edirəm ki, bununla bağlı Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsinə ehtiyac var. Milli Məclisin müvafiq komitəsi tərəfindən bununla bağlı işlər görülsün və tanınmış hüquqşünaslar bu işə cəlb olunsun”.

A.Əliyev qeyd edib ki, hazırda dünyada 4,54 milyard sosial şəbəkə istifadəçisi var: "Sosial şəbəkələrin bir çoxu ABŞ-da yaradılıb və ofisləri oradadır. Lakin ABŞ-da sosial şəbəkələrlə bağlı qanun layihəsi hazırlanıb. Layihənin əsas məqsədi terrorçuluqla və digər hallarla bağlı çağırışların qarşısını almaqdır. Sosial şəbəkə istifafəçisi təbii ki, fikrini ifadə etməlidir. Lakin konstitusiyanın 47-ci maddəsi diqtə edir ki, tənqidə dözümlü olmalıyıq, təhqirə yox. Sosial platformalar hansısa məqsədlərə nail olmaq üçün istifadə edilən yerdir. ABŞ Prezidentinin dediyi kimi sosial şəbəkələr bir qrup insanların maraqlarını təmin edən platformaya çevrilib".

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Adil-Əliyev   Vitse-spiker  





Xəbər lenti