Beynəlxalq axtarışda olan vəzifəli şəxsin işi məhkəməyə göndərildi
3 fevral 2018-ci il tarixdə “Bank Respublika” ASC-nin Astara filialının müdiri Rövşən Quliyev və qeyrilərinin Cinayət Məcəlləsinin 179.3.2 (küllü miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə istintaq yekunlaşdırılaraq məhkəməyə göndərilib.
Vasif Bağırov istintaq orqanından qaçıb gizləndiyindən cinayət işinin materiallarından başqa cinayət işi ayrıca icraata ayrılaraq istintaqı aparılmış və iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib.
25 aprel 2019-cu il tarixdə Vasif Bağırov Rusiya Federasiyasının İrkutsk vilayətində tutularaq Azərbaycan Respublikasına ekstradisiya edilmiş və ona Cinayət Məcəlləsinin 179.3.2, 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.2 (təkrar törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələrində nəzərdə tutulan ittiham elan edilib.
Cinayət işi üzrə istintaq 25 may 2020-ci il tarixdə tamamlanaraq baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Azvision.az
Teqlər: Baş-Prokurorluq