“Şəhid ailələri və qazilər təhqirlərə məruz qalır” - Vitse-spiker

“Şəhid ailələri və qazilər təhqirlərə məruz qalır” - Vitse-spiker
  02 İyun 2020    Oxunub:3159
“Son günlər sosial şəbəkələrdə şəhid ailələri və qazilərimizin müəyyən söyüş və təhqirlərə məruz qaldığının şahidi oluruq”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclis Sədrinin müavini Adil Əliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Vitse-spiker bildirib ki, Azərbaycanda şəhid, qazi ailələrinə dövlətin və Prezidentin xüsusi qayğısı var: “Bu gün şəhid ailələrinin heç bir şeyə ehtiyacı yoxdur. Onların sadəcə xüsusi diqqətə ehtiyacı var. O insanların hər biri bizim diqqətimizdə olmalıdır”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti