Mayda evlənmək istəyən 32 nəfərdə sifilis aşkarlandı

 Mayda evlənmək istəyən 32 nəfərdə sifilis aşkarlandı
  02 İyun 2020    Oxunub:3481
2020-ci ilin may ayında evlənmək istəyən 5979 nəfər tibbi müayinədən keçib. Onlardan 182 nəfərdə talassemiya daşıyıcılığı, 32 nəfərdə isə sifilis aşkarlanıb.

Bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq Milli Hematologiya və Transfuziologiya Mərkəzindən məlumat verilib.
Bildirilib ki, evlənmək üçün müayinədən keçən 10 nəfərdə HİV müəyyən edilib. Bundan əlavə, 2 cütlükdə tassemiya daşıyıcılığı aşkarlanıb.

Aytən Zəhra
Azvision.az



Teqlər: Nikah   Müayinə  





Xəbər lenti