Gömrük Komitəsində islahatlar davam edəcək

 Gömrük Komitəsində islahatlar davam edəcək
  02 İyun 2020    Oxunub:2842
“Cənab Prezidentin rəhbərliyi ilə ölkəmizdə aparılan islahatlar öz bəhrəsini verir”.
Azvision.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi Mirqasım Vahabov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

İdarə rəisi bildirib ki, komitədə aparılan islahatlar nəticəsində şəffaflıq təmin olunub, biznes subyektləri üçün əlverişli şərait yaradılıb: “Dövlət Gömrük Komitəsində islahatlar davam edəcək. Üzərimizə düşən bütün öhdəliklərin yerini yetirilməsini həyata keçirəcəyik”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Gömrük-Komitəsi  





Xəbər lenti