Əli Kərimlinin saxtakarlığı məhkəmədə ifşa olundu - FOTOFAKT

 Əli Kərimlinin saxtakarlığı məhkəmədə ifşa olundu -  FOTOFAKT
  02 İyun 2020    Oxunub:6383
Bu gün Nəsimi Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nəzarət-Təftiş Komissiyasının keçmiş sədri Aydın Əliyevin partiya sədri Əli Kərimliyə qarşı iddiası üzrə növbəti məhkəmə prosesi keçirilib.
Azvision.az xəbər verir ki, hakim Rəşid Səmədovun sədrliyi ilə baş tutan prosesdə Əli Kərimlinin müdafiə tərəfi iştirak etməyib.

Şikayətçi Aydın Əliyev iddiası üzrə çıxış edib. O bildirib ki, Əli Kəriminin tapşırığı ilə AXCP-nin nizamnaməsinə zidd olaraq partiyadan kənarlaşdırılıb.

"Daha öncə AXCP-nin Neftçala rayon təşkilatının sədr müavini Ələkbər Zahidov mənim kimi partiyadan kənarlaşdırıldı. O zaman mən NTK-nın sədri idim, şəxsən Ələkbər Zahidovun şikayət və etiraz ərizəsini mən qəbul etmişdim. Ələkbər Zahidov və mənim kimi Əli Kərimlinin haqsızlığ etdiyi onlarla cəbhəçi var".

Daha sonra A.Əliyev partiyanın maliyyə mənbələri ilə bağlı sualı cavablanıb. O, NTK sədri olduğu müddətdə partiyanın qanuni maliyyəsinin olmadığını, əldə edilən vəsaitlərin Əli Kərimli tərəfindən mənimsənildiyini deyib.

Prosesdə şikayətçi tərəfin vəsatətinə baxılıb. A.Əliyev AXCP-dəki vəzifəsindən kənarlaşdırılmasına dair sənəddəki bəzi imzaların saxta olduğu vurğulayıb. Bildirib ki, protokola imza atanlardan biri - Hüseynova Solmaz Firudin qızı həmin vaxt ölkə xaricində olub.

Məhkəməyə bununla əlaqədar Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinə ünvanlanmış sorğunun rəsmi nəticələri təqdim olunub.

Sorğunun cavabında qeyd olunub ki, Hüseynova Solmaz Firudin qızı 01. 06. 2019-ci il tarixində Azərbaycan sərhədindən Türkiyə ərazisinə keçib, 13.06.2019-ci ildə geri qayıdıb.

Bu isə onu göstərir ki, A.Əliyevin partiyadan xaric olunduğuna dair sənədin imzalanması zamanı (10.06.2019) S.Hüseynova ölkədə olmayıb. Protokola onun əvəzindən saxta imza atılıb.

A.Əliyev bildirib ki, Əli Kərimli bununla daha bir saxtakarlığa yola verib.

Sonda hakim növbəti məhkəmə prosesinin iyunun 9-da keçirilməsi barədə qərarını elan edib.









Bəxtiyar Məmmədov
Azvision.az


Teqlər: AXCP   Məhkəmə  





Xəbər lenti