“Bir nəfər 700 insanı virusa yoluxdura bilir” - Deputatdan çağırış

 “Bir nəfər 700 insanı virusa yoluxdura bilir” -  Deputatdan çağırış
  03 İyun 2020    Oxunub:8063
"Təəssüf ki, Azərbaycanda koronavirusa yoluxanların sayı durmadan artır. Dövlətin atdığı bütün addımlara, qabaqlayıcı tədbirlərin görülməsinə baxmayaraq, nəinki ayrı-ayrı insanlar, bəzi kənd və şəhərlərin əhəmiyətli hissəsi koronavirusa yoluxub".
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, bunun əsas səbəbi müəyyən insanların tibbi maska taxmaması, sosial məsafə gözləməməsi, qaydalara riayət etməməsidir.

"Bu elə xəstəlikdir ki, hətta bir nəfər belə qaydalara riayət etməsə, ölkəmizdə onun qarşısını almaq mümkün olmayacaq. Dövlət məcburiyyət qarşısında tibbi maska taxmamağa görə cərimələr müəyyənləşdirib. Hər kəz tək özünü deyil, ailəsini, yaxınlarını, mənsub olduğu Azərbaycan xalqını qoruduğunun fərqinə varmalıdır. 50 manat cərimə ödəmək istəməyən 30 qəpiyə maska alıb, şəhərə çıxa bilər".

Deputat vətəndaşları qaydalara əməl etməyə çağırıb: "Hesab edirəm ki, vətəndaşlarımız bu məsələdə məsuliyyət göstərəcəklər. Cəmiyyət arasında, ictimai yerlərdə, ticarət mərkəzlərində, parklarda çox oluram. İnsanların böyük əksəriyyətinin maska taxdığını, sosial məsafə gözlədiyini, mədəni şəkildə digərinə tibbi maska taxmağı tövsiyə etdiyinin şahidiyəm. Lakin yoluxan bir nəfər 700 nəfəri yoluxdura bilir. Özü xəstə olduğunu bilmir, çünki əlamətləri 14 gündən sonra ortaya çıxır. Xəstələrin müalicəsi dövlətin hesabınadır. Heç kim sağalmaq üçün öz vəsatilərini xərcləmir".

A.Mirzəzadə qeyd edib ki, hər xəstənin müalicəsinə sərf edilən vəsait büdcədən gedir. "O büdcə ki, maaşları, pensiyaları artıra bilərdi, sosial evlər tikilərdi, gələcək nəsillər üçün maddi vəsaitləri qoruyub saxlaya bilərdi. İnanıram ki, vətəndaşlarımız bu qərara ciddi riayət edəcəklər".

Aytən Zəhra
Azvision.az


Teqlər: Deputat   Tibbimaska   Cərimə  





Xəbər lenti