Ərdoğan Azərbaycan vətəndaşları üçün viza müddətini uzatdı

Ərdoğan Azərbaycan vətəndaşları üçün viza müddətini uzatdı
  03 İyun 2020    Oxunub:3530
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” sazişi təsdiqləyib.
Azvision.az xəbər verir ki, bu barədə qərar Türkiyənin “Rəsmi qəzeti”ndə dərc edilib.

Sazişə əsasən, Azərbaycan vətəndaşları Türkiyədə, Türkiyə vətəndaşları Azərbaycanda 90 gün vizasız qala biləcəklər. Daha əvvəl bu müddət 30 gün nəzərdə tutulurdu.

Qeyd edək ki, saziş mayın 31-də Milli Məclisin iclasında təsdiq edilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə   Ərdoğan   Viza   Vətəndaş  





Xəbər lenti