Azərbaycanlının nəzərində bütün problemlərin həlli yolu– CİZGİ FİLMİ

  03 İyun 2020    Oxunub : 3136
   Azərbaycanlının nəzərində bütün problemlərin həlli yolu–    CİZGİ FİLMİ
Bəli, yaşadığımız ölkə və cəmiyyət ideal deyil. Bəli, həll edilməsi vacib olan çoxlu məsələlər var. Bəli, daha yaxşı gələcəkdə yaşamaq istəyiriksə, hər birimiz bunun üçün çalışmalıyıq... Amma necə?


Bax, problem bu sualdan sonra başlayır. Belə ki, əslində oxumaq, təkmilləşmək, özümüzü və dünyanı tanımaq, üzləşdiyimiz çətinliklərin həlli yollarını götür-qoy etmək lazımdır. İnsanları işində peşəkar olmağa, zəhmət çəkməyə, çalışqanlığa, iş qurmağa, dövlətə vergi ödəməyə, qanunlara hörmət və riayət etməyə çağırmalıyıq.

Amma biz nə edirik? Gördüyümüz hər çatışmazlığı feysbukda yazıb, ardınca mütləq kimisə pisləmək, söyməklə hesab edirik ki, vəssalam, vətəndaş missiyamız başa çatdı. Əgər biz feysbukda nəyisə yazıb, kimisə ittiham etdiksə, bununla hər şey düzəlməlidir. Düzəlmədisə - deməli, hakimiyyət pisdir. Bizim dövlətimiz qarşısında vətəndaş borcumuz və məsuliyyətimiz sanki ancaq sosial şəbəkədə nə iləsə məzələnmək, kimlərisə söyməkdən ibarətdir. Belə düşüncə ilə cəmiyyəti irəli aparmaq mümkün olmayacaq.

Teqlər: Sosial-şəbəkə   Düşüncə-tərzi