Deputat: “Tibbi maskanı iki manata almışam”

  03 İyun 2020    Oxunub : 2309
  Deputat:  “Tibbi maskanı iki manata almışam”
"Ən ucuz maska 30 qəpiyədir. Həkimlər deyir ki, 30 qəpiklik maska iki saatdan çox istifadə olunanda virus daşıyıcısına çevrilir. Demək ki, işə gedən vətəndaşa gündə maska üçün iki manat lazımdır. Bu isə vətəndaşın gəlirinə adekvat deyil".
Azvision.az xəbər verir ki, bunu deputat Razi Nurullayev deyib.

Deputat işəgötürənlərə çağırış edib ki, öz əməkdaşlarına çoxistifadəlik maskalar alıb versinlər, bunu vətəndaşların öhdəsinə buraxmasınlar.

"Mən öz tibbi maskamı iki manata almışam və hələ də istifadə edirəm. Yaxşı yuyulur, ütülənir və istifadəyə yararlıdır. Maskaların pulsuz paylanması real görünmür. Çünki bu işi quranların pul qazanmaq marağı olmasa, istehsal olmaz. Eyni zamanda, hökumətin də dotasiya vermək imkanları nəzərdən keçirilməlidir ki, uzun müddət maska ilə yaşamalı olsaq, bəzi vətəndaş kateqoriyalarına pulsuz maska təminatı həyata keçirilsin", - deyə R.Nurullayev qeyd edib.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Deputat   Razi-Nurullayev