Tərtərdə yeni məktəb tikiləcək - SƏRƏNCAM

  03 İyun 2020    Oxunub : 2665
 Tərtərdə yeni məktəb tikiləcək -  SƏRƏNCAM
Prezident İlham Əliyev iyunun 3-də “Tərtər rayonunun Xoruzlu kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, Sərəncama əsasən, Tərtər rayonunun Xoruzlu kəndində 432 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.

İqtisadiyyat Nazirliyinə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən ümumtəhsil məktəbi binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutmaq tapşırılıb.

Nazirlər Kabineti Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Azvision.az

Teqlər: Prezident   İlham-Əliyev