Azərbaycan hərbçiləri Moskvada hərbi parada qatılacaqlar

  03 İyun 2020    Oxunub : 2109
 Azərbaycan hərbçiləri Moskvada hərbi parada qatılacaqlar
İyunun 24-də Moskvada keçiriləcək Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət heyəti təmsil edəcək.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, paradda hərbçilərimizin Azərbaycan istehsalı olan silahlarla təntənəli keçidi olacaq.

Mərasimdə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti qonaq qismində iştirak edəcək.

Azvision.az

Teqlər: Hərbi-Parad   MN