Qarabağda erməni əsgər öldü, yaralılar var

  03 İyun 2020    Oxunub : 2301
 Qarabağda erməni əsgər öldü, yaralılar var
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində yol qəzası baş verib.

Azvision.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, erməni hərbçiləri daşıyan nəqliyyat vasitəsinin aşması nəticəsində bir nəfər ölüb, 4 əsgər yaralanıb. Qəza günorta saatlarında qeydə alınıb.
Ölən hərbi qulluqçunun 2001-ci il təvəllüdlü Sarkis Qulyan olduğu bildirilib. Yaralı hərbçilər Xankəndidəki hospitala aparılıb. Hadisənin səbəbləri araşdırılır.

Azvision.az

Teqlər: Qarabağ