TƏBİB sədri: “Vətəndaşlar qaydaları pozmağa cəhd edir”

    TƏBİB sədri:    “Vətəndaşlar qaydaları pozmağa cəhd edir”
  03 İyun 2020    Oxunub:3596
Təəssüflər olsun ki, pandemiyanın ikinci mərhələsinə keçdikcə yoluxanların sayının artması müşahidə edilir. Bu sayların hər gün verilməsinə baxmayaraq, bəzi yerlərdə vətəndaşlar qaydaları pozmağa cəhd edir. "Fəvvarələr Meydanı"nda, metroda qaydaların pozulması halları müşahidə olunur.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqində deyib.

Onun sözlərinə görə, metroda polislərə qarşı xoşagəlməz addımın atılması qəbuledilməzdir.

“Koronaviruslu xəstələrin sayının artması ilə xəstəxanaların üzərinə yük düşür. Sumqayıt şəhərində 1 saylı xəstəxana koronavirus infeksiyası ilə yoluxmuş xəstələr üçün tam olaraq ayrıldı. Xəstəxanaların cari xidmət vəzifəsindən çıxaraq koronaviruslu xəstələrin müalicəsinə ayrılması digər xidmətlərin göstərilməsi keyfiyyətinə təsir edə bilər”.

Aytən Zəhra
Azvision.az



Teqlər: TƏBİB   Koronavirus  





Xəbər lenti