Ramin Bayramlı: “Biz belə olacağını gözləmirdik”

      Ramin Bayramlı:    “Biz belə olacağını gözləmirdik”
  03 İyun 2020    Oxunub:5764
Heç bir ölkənin xəstəxanaları say artımına tab gətirə bilməz. Müxtəlif resurslar işə salınıb və mütəxəssislər hazırlanıb.

Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, Bakı şəhərində xəstəxanalarda artımın olması yeni addım atmağa məcbur edir.

“Həftəsonları küçəyə çıxma qadağasının olması vətəndaşlarımızı qorumaqdan irəli gəlir. Biz sərt karantin rejimi dövründə sübut etdik ki, ölkəmizin milli təhlükəsizliyi baxımından bunun öhdəsindən gələ bilərik. Biz belə olacağını gözləmirdik. Bu səhvimizin qısa müddət ərzində düzələcəyinə inanırıq. Qərardan sonra müəyyən əks-epidemik nailiyyətlər əldə olunacaq və nailiyyətləri sizinlə paylaşacağıq”.

R.Bayramlı, həmçinin bildirib ki, tibbi maska taxmaqla sosial məsafə qaydalarına əməl edilsə, sərt qərarlar olmaz.

Aytən Zəhra
Azvision.az


Teqlər: TƏBİB   Koronavirus  





Xəbər lenti