Azərbaycanda işə giriş-çıxış saatları dəyişdirilir

Azərbaycanda işə giriş-çıxış saatları dəyişdirilir
  04 İyun 2020    Oxunub:5309
“Səhər və axşam saatlarında işləyən insanların sayını nizamlamaqla ictimai nəqliyyatda sıxlıq aradan qaldırıla bilər. Bu məsələ ilə bağlı Operativ Qərargaha təkliflər vermişik. Təklifimiz qəbul olunsa, işə gələnlər və işdən çıxanlar 3 ayrı qrupa bölünəcək.
Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, ayrı-ayrı saatlarda - saat 08:00, 08:30 və 09:00 olmaqla və ya bir saat fasilələrlə işə gəlmək, axşam belə ardıcıllıqla işdən gec çıxmaqla ictimai nəqliyyatda sıxlığın aradan qaldırılması mümkündür.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Nəqliyyat  





Xəbər lenti