​ABŞ-da 10 minə yaxın etirazçı saxlanıldı

 ​ABŞ-da 10 minə yaxın etirazçı saxlanıldı
  04 İyun 2020    Oxunub:3949
ABŞ-da etiraz aksiyalarının başladığı gündən bəri hüquq-mühafizə orqanları tərəfindən 9,8 min nümayişçi saxlanılıb.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə "CNN"in hesablamalarında göstərilib.

Qeyd olunub ki, nümayişlərdə iştirak edən 9813 etirazçı polis tərəfindən saxlanılaraq təcridxanalara aparılıb.

Ən çox etirazçı Los-Ancelesdə saxlanılıb - təxminən 2,7 min nəfər. Hazırda 28 ştatda və Kolumbiya federal dairəsində 20,4 min hərbçi asayişin qorunmasına cəlb olunub. Vaşinqton və Nyu-York daxil olmaqla, 40-a yaxın şəhərdə komendant saatı tətbiq edilib.

Qeyd edək ki, ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində Corc Floyd adlı qaradərili vətəndaşın polis tərəfindən boğularaq öldürülməsi ölkədə etirazlara səbəb olub.

Azvision.az


Teqlər: ABŞ   Nümayişlər  





Xəbər lenti