Milli Məclis sabah toplanır

   Milli Məclis sabah toplanır
  04 İyun 2020    Oxunub:2694
Sabah Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçiriləcək.
Azvision.az xəbər verir ki, iclasın gündəliyinə 4 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1.Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında.

2.“Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

3.“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

4.Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis   İclas  





Xəbər lenti