Sabah dövlət qurumları saat 14:00-dək işləyəcək

   Sabah dövlət qurumları saat 14:00-dək işləyəcək
  04 İyun 2020    Oxunub:4159
2020-ci il 5 iyun tarixində Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində dövlət orqanları və qurumları üçün saat 14:00-dək qısaldılmış iş rejimi müəyyən edilib.
Azvision.az -ın məlumatına görə, Baş Nazir Əli Əsədov vətəndaşlara müraciətində bildirib ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

Qeyd edək ki, 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aktiv yoluxma hallarındakı artımı səbəbindən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq.

Azvision.az



Teqlər: Qərar  





Xəbər lenti