“​Həftəsonu qadağaları yoluxma sayına təsir edəcək” - Baş infeksionist

  04 İyun 2020    Oxunub : 2363
 “​Həftəsonu qadağaları yoluxma sayına təsir edəcək” -  Baş infeksionist
“Həftəsonu qadağaların tətbiqi çox mühüm addımdır. Belə tədbirlər yoluxmanın azalması istiqamətində nəzərə çarpacaq dərəcədə təsirli olacaq".

Bunu Azvision.az -a açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.
Onun sözlərinə görə, yeni məhdudiyyətlərin tətbiqi yoluxma sayının azalmasına təsir edəcək.

“İnsanların virusa yoluxması hava damcı yolu ilə baş verir. Onların izolyasiyası, bir-birindən təcrid edilməsi, küçəyə çıxmamaları bir yerə toplaşma ehtimalını sıfıra endirir. Bu da həmin günlər yoluxma hallarının aşağı düşməsinə səbəb olacaq. Eyni zamanda, tibbi maskadan istifadənin zəruriliyi, insanların iki metrdən artıq məsafə gözləməsinin məcburi olması və görülən digər tədbirlər infeksiyanın yayılmasının qarşısının alınmasına yönəlib. Bu tələblərə insanların əməl etməsi vacib şərtdir. Xəstlikdən canımızı qurtarmalıyıq, əks halda yoluxma hallarının artımı gözlənilir. Bu da sərtləşdirilmiş tədbirlərin həyata keçirilməsi ilə nəticələnə bilər”, - deyə Baş infeksionist qeyd edib.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Yoluxma   Cəlalİsayev