“Pandemiyanın başlanğıc mərhələsindəyik” - TƏBİB sədri

  04 İyun 2020    Oxunub : 2493
 “Pandemiyanın başlanğıc mərhələsindəyik” -  TƏBİB sədri
Hazırda COVID-19 virusunun peyvəndi tapılmadığı üçün dünya ölkələri tərəfindən qabaqlayıcı tədbirlər həyata keçirilir. Son günlər ölkədə insanlar tərəfindən koronavirus infeksiya ilə mübarizə qaydalarına riayət edilməməsi nəticəsində bir sıra yerlərdə yoluxanların sayı artıb. Buna görə müəyyən günlərdə karantin rejiminin sərtləşdirilməsi qərara alınıb.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, həftəsonu ölkədə sərt karantin rejimi tətbiq ediləcək: “Nazirlər Kabineti tərəfindən qurumlara məlumat verilib”.

TƏBİB sədri qeyd edib ki, bəzi şəxslər koronavirusa yoluxma sayının artmasını ikinci dalğa kimi qəbul edirlər. Lakin bu, doğru yanaşma deyil.

"Biz pandemiyanın başlanğıc mərhələsindəyik. Karantin rejiminin yumşaldılmasından sonra say artımını müşahidə etdik. Biz bunu gözləyirdik. Lakin rəqəmlər gözlədiyimizdən çox oldu”.

Aytən Zəhra
Azvision.az

Teqlər: TƏBİB