Ramin Bayramlı: “Bu məlumatlar tamamilə yalandır”
Azvision.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.
“Dünyasını dəyişən şəxsin təcili tibbi yardım həkimləri tərəfindən COVİD-19 virusundan vəfat etməsi ilə bağlı arayışın verilməsi barədə məlumatlar yayılır. Bu məlumatlar tamamilə yalandır və həqiqəti əks etdirmir, şayiə xarakteri daşıyır. Bu, insanlarda inamsızlıq yaradır. Koronavirus diaqnozunun qoyulması asan iş deyil”.
Aytən Zəhra
Azvision.az
Teqlər: TƏBİB Məlumat Qərargah