ÜST rəsmisi: “Virus uzun müddət bizimlə olacaq”

  ÜST rəsmisi:  “Virus uzun müddət bizimlə olacaq”
  04 İyun 2020    Oxunub:3984
Xəstəliyə yoluxma sayı artarsa, ölkələr məhdudiyyətləri yenidən tətbiq etməyə başlayır. Yeni normalara keçid Azərbaycanda tədricən və ehtiyatla həyata keçirilməlidir.
Azvision.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, məhdudiyyətlər aradan qalxdıqca, yoluxma halları arta bilər.

“Dünyada COVİD-19 virusunun birinci dalğası müşahidə edilir. Bu virus uzun müddət bizimlə olacaq, ən azı peyvənd hazırlanana qədər. Dünyanın müxtəlif laboratoriyaları tərəfindən müxtəlif peyvəndlər hazırlanır və sınaqlar keçirilir. Peyvənd hazırlanana qədər qaydalara və tövsiyələrə əməl etməliyik”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Operativ   Qərargah  





Xəbər lenti