“Məktəblərdən xəstəxana kimi istifadə olunmur” - Ramin Bayramlı

 “Məktəblərdən xəstəxana kimi istifadə olunmur” -  Ramin Bayramlı
  04 İyun 2020    Oxunub:3475
Koronaviruslu xəstələrin müalicəsi ilə bağlı xəstəxanalarda yer olmadığı üçün məktəblərdən istifadə edilməsi xəbəri düzgün deyil.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. Onun sözlərinə görə, ölkədə modul tipli xəstəxanalar qurulur.

“Bakı şəhərində 2 xəstəxana, Abşeron rayonunda 1 xəstəxana, Sumqayıt şəhərində 1 xəstəxana hər biri 200 çarpayı olmaqla qurulur. Artıq bir modul tipli xəstəxana istifadəyə verilir. Bunlar hamısı dolmuş olsa belə ölkəmizdə yataq sayı kifayət qədərdir ki, məktəbə və ya digər yerlərə ehtiyac duymayaq. Təkcə yataq sayı deyil. Xəstəxanalar lazımi tibbi avadanlıqlar və süni tənəffüs cihazlarla təmin olunub”.

Aytən Zəhra
Azvision.az



Teqlər: TƏBİB  





Xəbər lenti