Koronavirusa görə 100 nəfər reanimasiyadadır - STATİSTİKA

  04 İyun 2020    Oxunub : 3170
 Koronavirusa görə 100 nəfər reanimasiyadadır -    STATİSTİKA
Azərbaycanda koronavirusla bağlı 4 iyun 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, bu gün koronavirusa görə 7047 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 322 574-ə çatıb.

Hazırda reanimasiyada olan xəstə sayı 100, süni tənəffüs cihazında olan xəstə sayı 21-dir.

Azərbaycanda bu günədək 6522 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3737 nəfər müalicə olunaraq sağalıb, 78 nəfər vəfat edib, 2707 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 64 nəfərin vəziyyəti ağır, 75 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Azvision.az

Teqlər: TƏBİB   Koronavirus   Pandemiya