Spiker vətəndaşları qaydalara riayət etməyə çağırdı

 Spiker vətəndaşları qaydalara riayət etməyə çağırdı
  05 İyun 2020    Oxunub:3231
Milli Məclisin sədri Sahibə Qafarova vətəndaşları Operativ Qərərgah tərəfindən qoyulan qaydalara riayət etməyə çağırıb.
Azvision.az -ın məlumatına görə, spiker parlamentin iclasında bildirib ki, ölkəmizdə koronavirusun qarşısının alınması istiqamətində geniş tədbirlər həyata keçirilir.

S.Qafarova qeyd edib ki, bu məsələdə hər bir vətəndaş üzərinə düşən məsuliyyəti yerinə yetirməlidir.

Parlament sədri, həmçinin vurğulayıb ki, Prezident İlham Əliyevin bölgələrə səfər zamanı tibbi maskadan istifadə etməsi hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Spiker   Sahibə-Qafarova  





Xəbər lenti