“Bandotdel” əməliyyat keçirdi, 2 nəfər saxlanıldı

  “Bandotdel” əməliyyat keçirdi,    2 nəfər saxlanıldı
  05 İyun 2020    Oxunub:5725
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyatlar keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, idarə əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini C.Həsənov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan metamfetamin, Nəsimi rayonu ərazisində kirayədə yaşadığı evdən isə 1,5 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.

Baş İdarə əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini E.Abdullayevin Biləcəri qəsəbəsindəki evindən “WALTER” markalı tapança, 1 ədəd patron darağı və 7 ədəd patron aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Polis  





Xəbər lenti