Türkiyədə koronavirusa yoluxma sayı 168 mini keçdi

 Türkiyədə koronavirusa yoluxma sayı 168 mini keçdi
  06 İyun 2020    Oxunub:4774
Türkiyədə son sutka ərzində 18 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, bir gündə 930 yeni yoluxma faktı qeydə alınıb. Bununla da Türkiyədə koronavirus qurbanlarının sayı 4648, yoluxanlar isə 168 min 340 nəfərə çatıb.

Türkiyədə indiyədək 133 min 400 xəstə sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti