Qəbələ və Oğuza dolu yağır - Faktiki hava

 Qəbələ və Oğuza dolu yağır -  Faktiki hava
  06 İyun 2020    Oxunub:5343
Ölkədə müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Azvision.az-a verilən məlumata görə, hazırda Qəbələyə yağış və dolu, Oğuz rayonunun Başdaşağıl kəndinə isə dolu yağır.

***
(13:30)

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Azvision.az-a verilən məlumata görə, iyunun 6-nа olan məlumatına əsasən əksər rayonlarda şimşək çaxıb, yağış yağıb. Düşən yağıntının miqdarı Qrız, Xınalıqda 13 mm, Şəkidə 11 mm, Xaltanda 6 mm, Qusar, Ağdam, Göytəpə, Kişçayda (Şəki) 4 mm, Oğuz, Tərtərdə 3 mm, Balakən, Göyçay, Bərdə, Quba, Altıağacda 2 mm, Gədəbəy, Göygöl, Mərəzə, Şamaxı, Zaqatala, Maştağada 1 mm olub.

İyunun 5-də Tərtər rayonunun Qarağacı kəndinə diametri 1.2-1.5 mm, Tovuz rayonunun Hacıqaya kəndinə, Gədəbəy rayonunun Xarxar, Samanlı və Zəhmət kəndlərinə, Şəki rayonunun cənub hissəsinə xırda dənəli dolu düşüb. Gecə saatlarında 25 m/s-dək güclənən şimal-qərb küləyi səhər 8:00 radələrindən başlayaraq zəifləyib.

Bakıda temperatur iqlim normasından 1 dərəcə yuxarı olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 22-26, aran rayonlarında 30-35, dağlıq rayonlarda 21-24, Naxçıvan MR-da 32-36 dərəcə isti olub.

Bu gün Bakıda və Abşeron yarımadasında mülayim şimal küləyi əsəcək, havanın temperaturu 25-28 dərəcə isti təşkil edəcək.

Azvision.az



Teqlər: Hava  





Xəbər lenti