ÜST-dən maska istifadəsi ilə bağlı yeni təlimatlar

  07 İyun 2020    Oxunub : 4048
ÜST-dən maska istifadəsi ilə bağlı yeni təlimatlar
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tibbi maska istifadəsi ilə bağlı yeni təlimatları açıqlayıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Azvision.az -a bildirilib ki, təlimatlara əsasən, infeksiyanın yoluxma təhlükəsi yüksək olan bütün ictimai yerlərdə maskaların istifadəsi zəruridir.

ÜST-ün maska istifadəsinin əhəmiyyəti ilə bağlı yeni tövsiyələri akademik çalışmalarla sübut edilib.

TƏBİB vətəndaşları bir daha Nazirlər Kabineti yanında Operativ Qərargahın təsdiq etdiyi qaydalara əməl etməyə çağırıb.

Azvision.az

Teqlər: TƏBİB   Maska