“Acınacaqlı vəziyyətdəyik, xəstəxanalar pasiyentləri qəbul etmir” - Paşinyan

“Acınacaqlı vəziyyətdəyik, xəstəxanalar pasiyentləri qəbul etmir” -  Paşinyan
  07 İyun 2020    Oxunub:8785
“Bütün səylərimizə baxmayaraq, Ermənistan çox acınacaqlı vəziyyətə düşüb”.
Azvision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, koronavirusa yoluxmuş 200-ə yaxın insan xəstəxanada müalicə almaq üçün növbə gözləyir. İki nəfər reanimasiyada yer olmaması səbəbindən ölüb.

"Səhiyyə sistemi o qədər yüklənib ki, xəstəxanalar artıq xəstələri qəbul edə bilmir. Acı həqiqətdir ki, təcili tibbi yardımın gecikməsi səbəbindən insanlar koronavirusdan dünyasını dəyişir”, - deyə Paşinyan bildirib.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan və ailə üzvləri də koronavirusa yoluxub. Bu günədək ölkədə 13 min 130 yoluxma aşkarlanıb, 200 nəfər pandemiyadan ölüb.

Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti