Prokurorluq Sumqayıtdakı insidentlə bağlı məlumat yaydı
Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilmiş, hadisəni görən şəxslərin dairəsi müəyyənləşdirilərək dindiriliblər.
İlkin istintaqla müəyyən edilib ki, Namiq Rəhimov iyunun 6-da saat 20 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən parkda şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı üzərində gəzdirdiyi bıçaqla Tofiq Qasımova kürək nahiyəsinə, sonuncunun qardaşı Zöhraba isə ağ ciyərinə nüfuz edən deşilmiş-kəsilmiş xəsarətlər yetirib. Zöhrab öz növbəsində gəzdirdiyi bıçaqla Namiqin ürək nahiyəsinə bir bıçaq zərbəsi yetirib.
Tofiq Qasımov və Namiq Rəhimov Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsalar da həkimlərin səyinə baxmayaraq, sonuncunun həyatını xilas etmək mümkün olmayıb.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Azvision.az
Teqlər: Sumqayıt Prokurorluq