Koronavirusa yoluxanların sayı 7 milyonu keçdi - YENİLƏNİB

 Koronavirusa yoluxanların sayı 7 milyonu keçdi -  YENİLƏNİB
  07 İyun 2020    Oxunub:5221
Dünyada yeni növ koronavirusa yoluxanların sayı 7 milyon 815 nəfərə çatıb.
Azvision.az "Worldometers"-ə istinadən xəbər verir ki, virusdan ölənlərin sayı 402 min 575 nəfərdir.

İndiyədək 3 milyon 422 min 299 nəfər xəstəlikdən sağalıb.



Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkədə qeydə alınıb.



Azvision.az



Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti