İranda daha 2364 nəfər koronavirusa yoluxdu

İranda daha 2364 nəfər koronavirusa yoluxdu
  07 İyun 2020    Oxunub:3316
İranda son sutka ərzində 72 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib.

Onun sözlərinə görə, bununla da ölkədə koronavirus qurbanlarının sayı 8291 nəfərə çatıb. Ölkə üzrə virusa yoluxma sayı son sutkada 2364 nəfər artaraq 171 789-a yüksəlib.

İndiyədək xəstələrdən 134 349 nəfəri sağalıb.

Azvision.az


Teqlər: İran   Koronavirus  





Xəbər lenti