"Masazır dairəsi"ndə hərəkət məhdudlaşdırılır

"Masazır dairəsi"ndə hərəkət məhdudlaşdırılır
  11 İyun 2020    Oxunub:2071
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun “20 Yanvar” – “Masazır” dairələri arasında yerləşən hissəsində hər iki istiqamət üzrə aparılan genişləndirmə və yenidənqurma işləri çərçivəsində hazırda “Masazır” dairəsində və dairəyə giriş-çıxış yollarında asfalt-beton örtüyünün yenilənməsi işləri həyata keçirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, aparılan təmir-tikinti işləri çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.

Yarana biləcək müvəqqəti narahatlığa görə AAYDA vətəndaşlardan üzr istəyir və sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edərək, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyə edir.

Azvision.az


Teqlər: AAYDA   Yol   Masazır  





Xəbər lenti