Prezidentlər İlham Əliyevə məktub göndərdilər

Prezidentlər İlham Əliyevə məktub göndərdilər
  11 İyun 2020    Oxunub:3179
Sloveniya Respublikasının Prezidenti Borut Pahor Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Azvision.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sloveniya xalqı adından və şəxsən öz adımdan Sizi səmimi qəlbdən təbrik edir, ölkənizin hərtərəfli inkişafı və rifahı ilə bağlı ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

İcazə verin, dünyanın COVID-19 pandemiyası ilə üzləşdiyi bu çətin dönəmdə Azərbaycan xalqı ilə həmrəy olduğumuzu bildirim. Pandemiyaya qarşı apardığımız birgə mübarizə beynəlxalq arenada əməkdaşlıq və həmrəyliyin əhəmiyyətini bir daha təsdiq edir.

Əminəm ki, ölkələrimiz arasındakı münasibətlər qarşılıqlı maraqlarımız naminə dostluq mühitində gələcəkdə də inkişaf edəcək, regionda və onun hüdudlarından kənarda sülhün, sabitliyin və anlaşmanın möhkəmlənməsinə töhfə verəcəkdir.

Hörmətli cənab Prezident, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

***
Bundan əlavə, İrlandiyanın Prezidenti Maykl Higgins də Prezidetn İlham Əliyevə təbrik ünvanlayıb.

Təbrikdə deyilir: “Cənab Prezident.

Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına öz adımdan və İrlandiya xalqı adından səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Bu fürsətdən istifadə edərək, İrlandiya belə bir həssas dönəmdə planetimizin bütün vətəndaşları üçün həyati vacib məsələlərdə təhlükəsizliyin təminində önəm kəsb edən qlobal iqtisadi imkanlara nail olunması, həmçinin iqlim dəyişmələri ilə bağlı öhdəliklərimizə sadiqlik nümayiş etdirilməsi və Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində Azərbaycanla həmrəyliyini ifadə edir.

Qoy gələcək günlər Azərbaycan xalqına sülh, firavanlıq və səadət gətirsin”.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev   Təbrik   Məktub  





Xəbər lenti