“Ermənistan münaqişənin həlli prosesinin qarşısını alır” - XİN rəhbəri

 “Ermənistan münaqişənin həlli prosesinin qarşısını alır” -    XİN rəhbəri
  12 İyun 2020    Oxunub:3901
Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğu regionun təhlükəsizliyinə ən böyük təhdid kimi qalmaqdadır. BMT-nin Baş Katibinin və Aİ-nin Ali nümayəndəsinin qlobal atəşkəs ilə bağlı müraciətinə baxmayaraq, Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmaqda davam edir, həmçinin gərginliyi artırmağa və münaqişənin siyasi həllinə mane olmaq üçün hər cür səy göstərir.
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Şərq Tərəfdaşlığı üzrə Xarici İşlər nazirlərinin videokonfrans formatında keçirilən görüşündəki çıxışında bildirib.

Nazirin sözlərinə görə, Ermənistan özünü “demokratiya” kimi təqdim edir, lakin hələ də öz doğma torpaqlarından zorla qovulmuş yüz minlərlə azərbaycanlının insan hüquqlarını pozmağa davam edir.

“Bütün dünyanın COVID-19 ilə mübarizəyə səfərbər olunduğu dövrdə, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qondarma “seçkilər” və “andiçmə” mərasimi keçirir. Danışıqlar aparmaq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə əməl etməkdən boyun qaçırmaqla Ermənistan münaqişənin həlli prosesinin qarşısını alır. Beləliklə, Ermənistan ŞT-nin sabitlik və rifah kimi fundamental prinsiplərinə xələl gətirir”, - deyə XİN rəhbəri vurğulayıb.

Azvision.az


Teqlər: XİN   Məmmədyarov  





Xəbər lenti