“Karantindən əvvəl də evdən çıxmırdım” - Səfurə İbrahimova

 “Karantindən əvvəl də evdən çıxmırdım” -  Səfurə İbrahimova
  12 İyun 2020    Oxunub:3668
"Evdən kənara çıxmıram, bazarlığımı qonşum edir".
Bunu Azvision.az -a Xalq artisti Səfurə İbrahimova deyib.

İllərdir ki, nə həmkarları, nə də yaxın qohumları ilə əlaqə saxlayan aktrisa səhhətində problem olduğunu söyləyib.

"Mən karantindən əvvəl də evdən çıxan deyildim. İndi isə daha ehtiyatlı olmağa çalışıram. Bir az soyuqlamışam. Bu da səsimə təsir edib. Çətinliklə danışıram. Bunlardan dolayı zəifləmişəm, bəzən halsız oluram. Çalışıram ki, yataq rejimində olum, özümü virusa yoluxmaqdan qoruyum. Yaxşı qonşum var, kömək edir, bir həftəlik ərzağımı alıb verir. Başqa kənar adamlarla əlaqə saxlamıram", - deyə Xalq artisti bildirib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Səfurəİbrahimova   Xalqartisti  





Xəbər lenti