ABŞ və Almaniya Azərbaycandan maska almaq istəyir

ABŞ və Almaniya Azərbaycandan maska almaq istəyir
  12 İyun 2020    Oxunub:8833
Sumqayıt Kimya Sənayə Parkında "Bakı Tekstil Fabriki" MMC tərəfindən yaradılan maska istehsalı müəssisəsində bu günə qədər 4 milyondan artıq tibbi maska istehsal olunub. Onun 2 milyonu satışa çıxarılıb, 2 milyonu isə ehtiyatda saxlanılır.
Azvision.az xəbər verir ki, bunu müəssisənin rəhbəri Səkinə Babayeva deyib. Onun sözlərinə görə, fabrikdə gündəlik 350 min maska sifarişi həyata keçirilə bilər.

"Hazırda sifarişlər gündəlik planlama əsasında aparılır. Əhali üçün maska satışı 30 qəpikdir, korporativ satış isə 40-60 qəpiyədir. Müəssisədə 4 min nano maskalar var. N95 maskaları isə istehsal prosesindədir".

Bundan əlavə, S.Babayeva onlara Qətər, Braziliya, ABŞ və Almaniyadan sifarişlərin daxil olduğunu qeyd edib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Maska  





Xəbər lenti