“Əhali Paşinyana etimad göstərmir” - Vanetsyan

  12 İyun 2020    Oxunub : 1887
 “Əhali Paşinyana etimad göstərmir” -  Vanetsyan
Fövqəladə vəziyyət rejiminin uzadılmasının yalnız bir məqsədi var. Paşinyan hökumətin gedişini ləngitmək istəyir. Bu, sadəcə qəbuledilməzdir.
Azvision.az xəbər verir ki, bunu Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru, “Vətən” partiyasının sədri Artur Vanetsyan deyib.

Onun sözlərinə görə, bütün bu prosesin qanunauyğunluğu tezliklə ətraflı araşdırmanın mövzusuna çevriləcək.

Vanetsyanın rəhbərlik etdiyi partiya əlavə olaraq fövqəladə vəziyyət rejiminin uzadılması ilə bağlı bəyanat yayıb. Bəyanatda vurğulanıb ki, fövqəladə vəziyyət rejiminin uzadılması yalnız siyasi məqsədlər üçündür. Bu, vətəndaşların sərbəst toplaşmaq hüququnu məhdudlaşdırır.

“İyunun 13-də artıq iki dəfə uzadılmış fövqəladə vəziyyət rejimi başa çatır. Bu dövrdə aydın oldu ki, fövqəladə vəziyyət rejiminin qorunması müstəsna siyasi məqsəd güdür. Hökumət ötən müddət ərzində çoxsaylı problemlərin həlli ilə deyil, müxaliflərə qarşı cinayət təqiblərinin təşkili ilə məşğul idi.

Fövqəladə vəziyyət rejiminin qorunması epidemiya ilə mübarizədə əlavə imkanlar vermir. Bunun əvəzində fövqəladə vəziyyət sərbəst toplaşmaq azadlığını məhdudlaşdırır.

Aydındır ki, hazırkı siyasi hakimiyyət geniş ictimaiyyətin narazı olduğunu və insanların əksəriyyətinin Paşinyana etimad göstərmədiyini başa düşür. Beləliklə, anti-epidemioloji tədbirlərin görülməsini zəruri sayaraq, hakimiyyətdən fövqəladə vəziyyət rejiminin növbəti dəfə uzatmamasını tələb edirik".

Pərvanə Sultanova
Azvision.az

Teqlər: ArturVanetsyan