11-cilərin imtahan nəticələri 3 həftəyə bilinəcək

   11-cilərin imtahan nəticələri 3 həftəyə bilinəcək
  12 İyun 2020    Oxunub:3504
11-ci sinfin buraxılış imtahanlarının nəticələri üç həftə ərzində məlum olacaq.
Azvision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədr müavini Bəhram Xəlilov "Yeni Tv"yə müsahibəsində deyib. Onun sözlərinə görə, 9-cu sinif buraxılış imahanlarının nəticələri isə 5 gün ərzində bilinəcək.

B.Xəlilov bildirib ki, "Jurnalistika" ixtisası üzrə magistraturaya qəbul balının 50-dən aşağı salınması gündəmdə deyil.

"Dövlət İmtahan Mərkəzi tərəfindən güzəştlər edilib. Bu qaydalar hamı üçün eynidir. Qayda dəyişsə, heç bir problem yoxdur".

DİM rəsmisi qeyd edib ki, hazırda 10 mindən çox subbakalavr qeydiyyatdan keçib. Onlardan 8 mindən çoxu ərizəsini təsdiqləyib.

Aytən Zəhra
Azvision.az


Teqlər:





Xəbər lenti