“Şagirdlərimiz doğma məktəblərindən ayrı düşüblər” - Ceyhun Bayramov

“Şagirdlərimiz doğma məktəblərindən ayrı düşüblər” -  Ceyhun Bayramov
  12 İyun 2020    Oxunub:2974
Təhsil naziri Ceyhun Bayramov XI sinifləri bitirən məzunları “Son Zəng” münasibətilə təbrik edib.
Azvision.az xəbər verir ki, təbrikdə deyilir:

“Bilirik ki, bu günü səbrsizliklə gözləyirdiniz. Etiraf edim ki, sizin üçün unudulmaz olan “Son zəng”i arzuladığımız kimi keçirə bilməməyimiz bizi də məyus edir. Lakin bunun səbəbi bütün dünyada baş verən pandemiyanın gətirdiyi yeni bir reallıqdır. Sizin sağlamlığınız bizim üçün ən önəmli məsələdir.

Bu tədris ilinin ikinci yarımilindən şagirdlərimiz doğma məktəblərindən, müəllimlərindən ayrı düşüblər. Bizim müəllimlərimizin yorulmaz fəaliyyəti nəticəsində bu ayrılıq bir o qədər hiss olunmadı.

Əziz məzunlar, sizi təbrik edirəm, həyatınızın yeni mərhələsində uğurlar arzu edirəm. Yolunuz açıq olsun”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Son-zəng   Təbrik  





Xəbər lenti