Hökumətlərarası komissiyanın həmsədrləri onlayn görüşdü

Hökumətlərarası komissiyanın həmsədrləri onlayn görüşdü
  12 İyun 2020    Oxunub:2399
Azərbaycan Respublikası Baş Nazirinin müavini, Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi Komissiyasının Azərbaycan tərəfdən həmsədri Şahin Mustafayev ilə Rusiya Federasiyası Hökumətinin sədr müavini, Komissiyanın Rusiya tərəfdən həmsədri Aleksey Overçuk arasında videokonfrans formatında görüş keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, görüşdə Azərbaycanla Rusiya arasındakı strateji tərəfdaşlıq münasibətlərinin mövcud vəziyyəti, əməkdaşlığın inkişaf perspektivləri, həmçinin koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində hər iki ölkədə görülən tədbirlər haqqında fikir mübadiləsi aparılıb.

Azvision.az


Teqlər: Rusiya   Nazirlər-Kabineti  





Xəbər lenti