“Ölkədə böhran hökm sürür, günahkar xalqdır” - Paşinyan

 “Ölkədə böhran hökm sürür, günahkar xalqdır” -  Paşinyan
  12 İyun 2020    Oxunub:3266
Ermənistanda böhran hökm sürür və buna görə hökumət də, xalq da günahkardır.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin baş nazir Nikol Paşinyan parlamentin fövqəladə iclasında deyib.

O bildirib ki, Ermənistanda böhran var və bunu yoluna qoymaq lazımdır: "Biz hamımız günahkarıq. Biz deyəndə, həm hökuməti, həm də xalqı nəzərdə tuturam. Hamımız anti-epidemiya qaydalarına riayət etmədik. Mən özüm də günahkaram, bunu sübut edən fakt isə koronavirusa yoluxmağımdır”.

Paşinyan bildirib ki, Ermənistanda fövqəladə vəziyyət rejiminin uzadılması vacibdir, çünki nəinki koronavirus yox olub, sürətlə yayılmağa davam edir. Baş nazir epidemiya əleyhinə qaydalara riayət etmədən xəstəliyi dəf etməyin mümkünsüz olduğunu vurğulayıb.

“Qaydalara düzgün əməl olunsaydı, yoluxma sayı azalardı. 3 iyun tarixində maska taxmağı məcburi etdik. Bu gün 12 iyundur və stabil yoluxma sayı var - hər gün ən azı 500 nəfər. Saylar nəinki azalmır, əksinə artmaqda davam edir”.

Xatırladaq ki, Ermənistan hökuməti fövqəladə vəziyyət rejiminin iyulun 13-dək uzadılması barədə qərar qəbul edib. Parlamentin iclasında qərar müzakirə olunur.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti