12 direktorun iş yeri dəyişdirilib, 4-ü işdən çıxarılıb

 12 direktorun iş yeri dəyişdirilib, 4-ü işdən çıxarılıb
  12 İyun 2020    Oxunub:3333
2019-2020-ci tədris ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrinə 18 nəfər direktor vəzifəsinə işə qəbul edilib.
İdarədən Azvision.az -a verilən məlumata görə, 12 direktorun iş yeri dəyişdirilib. 111 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb.

Çalışmanın yaş həddinə çatmış 42 direktorla müqavilənin müddəti cari tədris ili çərçivəsində uzadılıb. 4 direktorla bağlanmış əmək müqaviləsi ləğv edilib, 2 xüsusi təhsil məktəbinin fəaliyyəti dayandırılıb.

Azvision.az


Teqlər:





Xəbər lenti