Ermənistanda siyasi həbslər davam edir - 18 nəfər saxlanıldı (VİDEO)

 Ermənistanda siyasi həbslər davam edir -  18 nəfər saxlanıldı (VİDEO)
  12 İyun 2020    Oxunub:2982
Ermənistan polisi "Adekvad” ictimai-siyasi təşkilatının rəhbəri Artur Danielyan, "Vətən" partiyasının idarə heyətinin üzvü Arsen Babayan və hüquq müdafiəçilərinin saxlanıldığı polis binasının qarşısına toplaşan bir sıra digər şəxsləri tutub.
Azvision.az “Aysor.am”a istinadən xəbər verir ki, Ermənistan polisi daha əvvəl hüquq müdafiəçisi Ruben Melikyanı parlament binası qarşısında təkbaşına piket keçirdiyi üçün saxlayıb.

Melikyan hakimiyyətdən vətəndaşların dinc aksiya və toplaşma hüquqlarına zəmanət verməsini tələb edirdi.

“Vətəndaşlara dinc aksiya azadlığının qaytarılmasını tələb edirik. Dörd aydır ki, bu hüquq əlimizdən alınıb”, - Melikyan jurnalistlərə bildirib.

Aksiyaya bir sıra hüquq müdafiəçiləri, o cümlədən Ermənistanın ilk ombudsmanı Larisa Alaverdyan da qatılıb. O, həmçinin deputatları bu məsələni müzakirə etməyə çağırıb.

Bundan başqa, polis erməni fəal Babken Arutyunyanı da tutub. Ermənistan KİV-ləri isə ümumilikdə 18 nəfərin saxlandığını yazır.

Qeyd edək ki, “Vətən” partiyasına Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyan rəhbərlik edir.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: ArturDanielyan  





Xəbər lenti